Moldovanın Baş prokuroru korrupsiyaya görə saxlanıldı - Video
- 06.10.2021, 09:00,
- Dünya
Baxılıb: 36
Facebook
Вконтакте
Одноклассники
Google+
Moldovanın Baş prokuroru Aleksandr Stoyanoqlo korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.“Qanunyolu.info.az”, “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moldovanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı Viktor Furtune məlumat verib.
Daha əvvəl ədliyyə naziri Sergey Litvinenko Stoyanoqlonun müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırıldığını və korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı barəsində cinayət işi açıldığını bildirmişdi. Onun müavinləri də işdən çıxarılıb.
Cinayət işi çərçivəsində Stoyanoqlonun iş otağında axtarışlar aparılıb.