Putinlə Lukaşenkonun 5 saatlıq görüşü bitdi - Yenilənib
- 13.07.2021, 19:50,
- Dünya
Baxılıb: 39
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında görüş keçiriləcək.“Qanunyolu.info.az”, “İzvestiya.ru”ya istinadən xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində baş tutacaq.
Tərəflər görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər.
Prezidentlər, həmçinin dünya gündəmində olan məsələlər barədə də fikir mübadiləsi aparacaqlar.
****
Sankt-Peterburqda Rusiya və Belarus Prezidentlərinin görüşü başlayıb. Görüş Konstantinov sarayında keçirilir.
****
Putinlə Lukaşenkonun Sankt-Peterburqda başlayan görüşü başa çatıb. Görüş 5 saat davam edib. Prezidentlər iqtisadiyyat, beynəlxalq münasibətlər sahəsində vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, bu, Putinlə Lukaşenkonun 2021-ci ildə 4-cü görüşüdür. Buna qədər onlar fevral, aprel və mayda görüşüblər. Bütün görüşlər Rusiyada baş tutub.