Yaradan eşqindən don geyə-geyə,
Rahat uyusunlar məzarda deyə,
Bütöv Azərbaycan əl açar göyə,
Dualı dillərdə yaşar şəhidlər.Quliyev Rəvan Mərdan oğlu 17.07.2001-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuşdur. Rəvan Quliyev oktyabrın 24 -ü Vətənimizi erməni işğalı altında olan qəsbkarlardan, erməni azğınlarından, erməni terrorçu vəhşilərindən azad etmək uğrunda Qubadlı istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Onuda qeyd edim ki, şəhidimiz subay idi.
Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur.
Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan igid oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir.
Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daimi yaşayacaq, onların şücaəti, qəhrəmanlığı, igidliyi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır!
"Qanunyolu.info.az" xəbər portalının kollektivi şəhidimiz Rəvan Quliyevin ailəsinə, yaxınlarına, qohumlarına, dostlarına dərin hüznlə başsağlığı verir və Allahdan onlara səbr diləyir.
Həqiqət aynası, qeyrət güzgüsü,
Hər şəhid məzarı Vətən kürsüsü,
Adları dillərdə Vətən türküsü,
Şirin nəğmələrdə yaşar şəhidlər.ALLAH RƏHMƏT ELƏSİN!Dərin hüznlə: Arif Süleymanlı və Rəşad Rəhimli