Ermənistanın daha bir yalanı ifşa olundu - Foto
- 31.10.2020, 01:50,
- Bölgə / Xəbər
Baxılıb: 11
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın daha bir yalanı ifşa olunub."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bu barədə Prezident köməkçisi Hikmət Hacıyev rəsmi tvitter hesabında paylaşım edib.
Belə ki, Ermənistan tərəfinin iddiasına görə, guya Azərbaycan Silahlı Qüvvələri qəbiristanlığı hədəf alıb.
Lakin Hikmət Hacıyevin paylaşımından bu iddianın əsassız olduğu sübuta yetirilib. Belə ki, qəbiristanlığa düşdüyü iddia edilən "Smerç" raketinin mühərrik hissəsində hörümçək torunun olduğu üzə çıxıb.
"Uğursuz erməni saxtakarlığı. Hörümçək torunu təmizləməyi belə unudublar", - deyə H.Hacıyev qeyd edib.
Dövlət rəsmisi əlavə sübut kimi düşmənin Tərtərin Ələsgərli kəndinə atdığı raketin də fotosunu paylaşıb.