Gənc qadın doğuşdan 12 gün sonra öldü - Yenilənib
- 20.02.2026, 12:00,
- Xəbər / Səhiyyə
Baxılıb: 10
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda 28 yaşlı qadın doğuşdan sonra ölüb.“Qanunyolutv.az” xəbər verir ki, hadisə Kliniki Tibbi Mərkəzdə baş verib.
Fevralın 7-si doğuş etmiş paytaxt sakini 1998-ci il təvəllüdlü Sevda Məmmədova səhhətinin kəskin pisləşməsi səbəbindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
****
Kliniki Tibbi Mərkəzdən cavab olaraq bildirilib ki: “7 fevral 1998-ci il təvəllüdlü şəxs (qadın) epiqastral nahiyədə ağrı, ürəkbulanma, qusma və hərarətin yüksəlməsi şikayətləri ilə mərkəzin Ginekologiya şöbəsinə hospitalizasiya olunub.
Pasiyent 35 həftəlik hamiləliklə qəbul edilib. Aparılan klinik-laborator və instrumental müayinələrdən sonra müvafiq tibbi müdaxilə həyata keçirilib və çəkisi 2300 qram, boyu 47 sm olan uşaq (kişi) dünyaya gəlib.
Doğuş prosesindən sonrakı dövrdə ananın vəziyyəti ağır olaraq qiymətləndirilib və müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.
Göstərilən bütün reanimasiyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, ötən gün saat 08:20 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb”.
