38 yaşlı qadın əməliyyatdan sonra öldü
- 15.11.2019, 17:49,
- Kriminal
Baxılıb: 17
Facebook
Вконтакте
Одноклассники
Google+

Ağdaşda doğuş zamanı öldüyü deyilən qadının başqa bir əməliyyatdan sonra vəfat etdiyi məlum olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Qanunyolu.info.az “Qafqazinfo”ya istinadən verilən məlumata görə, 1981-ci il təvəllüdlü Ağdaş rayon sakini Sevda Firuz qızı Musayeva 14 noyabr tarixində Ağdaş rayon Mərkəzi Xəstəxanasında vəfat edib. Qadın əməliyyatdan 3 saat sonra reanimasiya şöbəsində dünyasını dəyişib.
Faktla bağlı xəstəxanadaxili və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edilir ki, sözügedən əməliyyat uşaqlığın götürülməsi ilə bağlı olub.