Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Abdullayev Cəlal Xankişi oğlunun meyitinin qalıqları bu gün şəhidin yaşadığı Qaradağ rayon Qobustan qəsəbəsinə gətirilərək dəfn olunub...
"Qanunyolutv.az" xəbər verir ki, Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Abdullayev Cəlal Xankişi oğlunun meyitinin qalıqları bu gün şəhidin yaşadığı Qaradağ rayon Qobustan qəsəbəsinə gətirilərək dəfn olunub.
Dəfn mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın müəllim, Qaradağ Rayon Polis İdarəsinin Rəisi, Qaradağ Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Qaradağ Rayon Prokuroru, Məhkəmə sədri, şəhidin ailə üzvləri, yaxınları, qohumları, dostları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Abdullayev Cəlal Xankişi oğlu 1971-ci il avqust ayının 24-də Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonu istiqamətindəki hərbi əməliyyatlarda iştirak edib və 1993-cü il mart ayının 29-da Kəlbəcər rayonunun Çərəktar kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.
Şəhid ailələrinin üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Şəhid Qaradağ rayonu, Qobustan qəsəbəsində dəfn edilib.
P.S. Məndə "Qanunyolutv.az" - ın rəhbəri olaraq kollektivimiz adından mənimlə eyni məktəbdə təhsil alan, bir sinifdə oxuyan, Vətənpərvər oğul Şəhid Cəlal Abdullayevin ailələrinə, qohumlarına, yaxınlarına, dostlarına, sinif yoldaşlarına Allahdan səbr, Şəhidimizə Allahdan rəhmət diləyirəm!