Zaur Axundova cinayət işi açıldı - Böyük yeyinti
- 09.02.2026, 18:30,
- Kriminal / İdman
Baxılıb: 10
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov cinayət məsuliyyətinə cəlb edilib.“Qanunyolutv.az”-ın əldə etdiyi özəl məlumata görə, Zaur Axundov xüsusilə külli miqdarda mənimsəmədə (CM-nin 179.4) ittiham edilir.
Cinayət işi üzrə istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparır. Hələlik onunla bağlı məhkəmə qərarı yoxdur.
Qeyd edək ki, Zaur Axundovun
“Araz-Naxçıvan” futbol klubunun prezidenti olan qardaşı Ramin Axundov da bir müddət əvvəl cinayət məsuliyyətinə
cəlb edilib. Ramin Axundov 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham edilir. O, istintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib. Həmin iş üzrə
“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nın sahibi
Ruslan Eyyubov, limanın direktoru
Rəşad Daşdəmirov və başqaları həbs edilib.