Rəşad Daşdəmirov həbs edildi - Yenilənib
- 11.12.2025, 14:00,
- Kriminal
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov həbs edilib.“Qanunyolutv.az”-ın əldə etdiyi özəl məlumata görə, Daşdəmirov xüsusilə külli miqdarda qaçaqmalçılıqda, külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham edilir.
İş üzrə dəymiş ziyan 3 milyon manata yaxındır. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan Rəşad Daşdəmirov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.
****
Əldə etdiyimiz digər məlumata görə, Rəşad Daşdəmirov ittihamla razılaşmır. Bu səbəbdən o, həbs qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti əsassız sayaraq rədd edib.