“Koroğlu” metrosunun yaxınlığındakı yanğın söndürüldü - Yenilənib
- 21.09.2020, 18:20,
- Hadisə / Xəbər
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Sabunçu rayonunda açıq ərazidə yanğın olub."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə 0,5 ha sahədə qamışlıq və kol-kos yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Bakı şəhərinin Sabunçu rayonunda sıx qamışlıq, quru ot və kol-kos olan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə "Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən FHN-dən məlumat verilib.
İlkin məlumata görə, 1 ha sahədə qamışlıq və quru ot yanıb. Yaxınlıqdakı neft və qaz kəmərləri, həmçinin yaşayış evləri yanğından mühafizə olunub.