Bakıda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib - YENİLƏNİB
- 29.07.2020, 23:50,
- Hadisə / Xəbər
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb."Qanunyolu.info.az", Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində binanın 7-ci mərtəbəsindən 14-cü mərtəbəsinə qədər şaxta boyunca 24 p.m kommunikasiya xətləri və 24 ədəd elektrik sayğacı yanıb.
Yanğın zamanı liftdə qalan 2 nəfər xilasedicilər tərəfindən xilas edilib, 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Saat 20:59
Bakı şəhərinin Nəsimi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb."Qanunyolu.info.az" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, binanın şaxtasında elektrik naqillərində yanğın baş verib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Yanğın saat 20:25-də söndürülüb.
Əlavə məlumat veriləcək.