Sabunçuda kişi arvadını və qızını bıçaqladı - Yenilənib

Sabunçuda kişi arvadını və qızını bıçaqladı - Yenilənib

Dekabrın 15-də gecə saatlarında Sabunçu rayonu Sabunçu qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Qanunyolutv.az" xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla ağır bədən xəsarəti yetirib.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.

Polisin keçirdiyi tədbirlərlə Aqil Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
****

Ər arvadını bıçaqlayan zaman atası ilə anasının davasının qarşısını almağa çalışan 2003-cü il təvəllüdlü Məmmədova Gülmira Aqil qızı da sol əlindən bıçaqlanıb.

“Qanunyolutv.az”, “APA”ya istinadən xəbər verir ki, yaralı xəstəxanaya yerləşdirilib.

Həyat yoldaşı tərəfindən bıçaqlanan 1977-ci il təvəllüdlü Məmmədova Gülmira Cümşüd qızının vəziyyəti ağırdır. O, 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter