39 yaşlı kişi arvadını öldürüb özünü bıçaqladı - Yenilənib
- 18.06.2022, 08:30,
- Hadisə / Kriminal
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
İmişli sakini arvadını bıçaqlayaraq öldürüb.“Qanunyolutv.az” APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində qeydə alınıb.
Gecə saat 01 radələrində İmişli rayonunun Yalavac kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1986-cı il təvəllüdlü Mustafayeva Turan Vaqif qızını 9 bıçaq zərbəsi ilə qətlə yetirib. O, daha sonra özünü bıçaqlayaraq intihar edib.
Onların birgə nigahdan bir övladları var.
Faktla bağlı İmişli rayon prokuroluğunda araşdırma aparılır.
****
İmişli Rayon Prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.Bildirilir ki, iyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə idarəyə məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranmış münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə, daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
