22 yaşlı hamilə arvadını döydü, uşağı tələf oldu - Yenilənib

22 yaşlı hamilə arvadını döydü, uşağı tələf oldu - Yenilənib

Gəncə şəhərində 22 yaşlı hamilə qadını əri döyüb.

“Qanunyolu.info.az” xəbər verir ki, 1992-ci il təvəllüdlü Muraz İsgəndərov mübahisə zamanı hamilə olan həyat yoldaşı, 1999-cu il təvəllüdlü T.Məmişovanı döyərək ağır bədən xəsarətləri yetirib.

T.Məmişova 18-19 həftəlik hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
****

"Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlamasında bildirib ki, Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü T.Məmişovanın həyat yoldaşı, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü İsgəndərov Murazın döyməsi nəticəsində çoxsaylı bədən xəsarətlərindən hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə Gəncə ŞBPİ Nizami rayon Polis İdarəsinə məlumat daxil olub: “Müraciətlə əlaqədar polis əməkdaşları dərhal müvafiq tədbirlər həyata keçirib, hadisəni törətməkdə şübhəli bilinən M. İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter