İki yaşlı Məhəmmədi oğurlayanlar saxlanıldı

İki yaşlı Məhəmmədi oğurlayanlar saxlanıldı

Oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb.

“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter