Qazaxda oğurlanan mal-qaranın bilərəkdən tapılmaması haqda iddialara - DİN-dən açıqlama

Qazaxda oğurlanan mal-qaranın bilərəkdən tapılmaması haqda iddialara - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi Qazax rayonunun Aslanbəyli kənd sakini Söylü Eminovanın on dörd baş iribuynuzlu mal-qarasının itməsi barədə sosial şəbəkələrdə paylaşılan iddialarla bağlı açıqlama verib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən açıqlamasında bildirib ki, iddialarla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırmalar aparılıb: “Dekabrın 20-də Qazaxın Aslanbəyli kənd sakini S.Eminovanın oğlu Teymur Eminov DİN-nin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək yaşadığı kəndin ərazisində ona məxsus on dörd baş iribuynuzlu mal-qarasının itməsi ilə bağlı müraciət edib.

Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalarla mal-qaranın məhz sahibinin nəzarətsizliyi nəticəsində kənddən xeyli aralanaraq itdiyi müəyyən edilib. Hazırda Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşa məxsus mal-qaranın tapılması istiqamətində zəruri tədbirlər görülür”.

Qeyd edək ki, S.Eminova sosial şəbəkələrdə yayılan videoda heyvanların itməsindən sonra polis əməkdaşlarının hərəkətsizliyindən şikayətlənib və itən mal-qaranın yerini bilsələr də bilərəkdən tapıb təhvil vermədiklərini iddia edib.
Qazaxda oğurlanan mal-qaranın bilərəkdən tapılmaması haqda iddialara - DİN-dən açıqlama
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter