AVMVİB-nin Nəsimi rayon şöbəsinin sədri həkimləri mükafatlandırdı
- 18.02.2021, 16:00,
- Gündəm / Sosial / Səhiyyə / Xəbər
Baxılıb: 194
Facebook
Вконтакте
Одноклассники
Google+
Akademik Mirqasımov adına 1 saylı Kliniki Tibbi Mərkəzinin bir qrup tibb işçilərinin Ali Baş Komandanın rəhbərliyi ilə böyük zəfər qazanmış Azərbaycan ordusunun qazilərinə, veteranlarına göstərdikləri yüksək səviyyəli tibbi müalicə, müayinə, xoş münasibət, mərhəmət və şəfqətinə görə AVMVİB-yi tərəfindən Fəxri fərmanlarla təltif ediliblər. AVMVİB-nin Nəsimi rayon şöbəsinin sədri Polkovnik Elmar Hüseynov həkimlərlə görüşündə çıxış edərək, onlara qazilərə, veteranlara 44 günlük müharibə ərzində göstərdikləri qayğı və diqqətə görə, gərgin, şərəfli xidmətlərini yüksək qiymətləndirmişdir. Elmar Hüseynov hər zaman millətinin, xalqının sağlamlığının keşiyində duran dəyərli həkimlərə veteranlar adından dərin təşəkkürünü bildirmişdir.
1 saylı Kliniki Tibb Mərkəzinin baş həkimi Hüseyn Məsimov və Kliniki Tibb Mərkəzinin direktor müavini Məhəbbət İbrahimova da çıxış edərək AVMVİB-nə minnətdarlıqlarını bildirmişlər. Sonda tibb işçiləri Müzəffər Azərbaycan ordusunun hər bir əsgərinin qayğısına qaldıqlarlndan qürur hissləri keçirdiklərini qeyd etmişilər.
"Qanunyolu.info.az"- təsisçi və baş redaktor
Arif Süleymanlı
