“Semaşko”nun direktoru vəzifədən getdi- Yeni təyinat
- 14.07.2020, 16:50,
- Siyasət
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
“Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsə yeni direktor təyin olunub. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.