Əziz və hörmətli izləyicilərimiz, oxucularımız "Qanunyolutv.az" xəbər verir ki, "Qərbi Azərbaycan Amasiya rayon İcması Qadınlar Şurası" Yeni il ərəfəsində növbəti tədbirini keçirdi. Nəzərinizə çatdırırıq ki, tədbirdə Qərbi Azərbaycan TV-nin rəhbəri Telli Pənahqızı, Amasiya rayonunun ziyalı xanımları, Şəhid anaları, Qərbi Azərbaycanın digər rayonlarını təmsil edən xanımlar iştirak ediblər.
Tədbirdə ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə "Amasiya rayon İcması Qadınlar Şurası"nın sədri Teyfə Zilfiqarova çıxış edərək qarşıda duran vəzifələr haqqında məlumat verib. Daha sonra Qərbi Azərbaycan TV-nin rəhbəri Telli Pənahqızı Prezident İlham Əliyevin tövsiyələrini rəhbər tutaraq Qərbi Azərbaycan İcmasında görülən işlər barədə məlumat verib. Amasiya rayon İcmasının sədr müavini Elmar Hüseynov akademik Abel Məhərrəmovun salamlarını və Yeni il təbriklərini Amasiya rayon ziyalı xanımlarının diqqətinə çatdırıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Həcər Hüseynova, Şəhid Murad Məmmədovun anası Mürvət Məmmədova, Şəhid Orxan Hüseynovun anası Xalidə Hüseynova, Səmayə İsmayılova, Dürrə Vəliyeva, Dilarə Mövlayeva, Zoya Əliyeva, Arzu Abbasova, Təranə Abbasova, Vətəngül Beyazıtoğlu, Sona Hümbətova, Bahar Qasımova, Natavan Mustafayeva, Ülkər Əzizovanın çıxışından sonra tədbir çay süfrəsi arxasında davam edib və
"Ağbaba yallısı"nın ifası ilə başa çatıb.
P.S.Məndə "Qanunyolutv.az" - ın rəhbəri olaraq kollektivimiz adından
"Amasiya rayon İcması Qadınlar Şurası"nın sədri Teyfə xanım Zilfiqarovaya və onun rəhbərlik etdiyi kollektivə işlərində daima uğurlar, yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Fürsətdən istifadə edərək Yeni ilinizi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizləri təbrik edirəm. 2026-cı il düşərli olsun!
"Qanunyolutv.az" - rəhbəri
AJB-nin üzvü Arif Süleymanlı