Qərbi Azərbaycan Amasiya rayon İcması tədbir keçirdi
- 27.12.2025, 23:30,
- Gündəm / Cəmiyyət / Sosial / Xəbər
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
Əziz və hörmətli oxucularımız Qərbi Azərbaycan Amasiya rayon icmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Qalib Sərkərdə Cənab İlham Əliyevin ad günü münasibəti ilə təntənəli tədbir keçirilib. "Qanunyolutv.az" xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Tənzilə Rüstəmxanlı, İcmanın tanınmış alimləri, jurnalistlər, şairlər, veteranlar və kənd icma sədrləri iştirak ediblər.
Tədbirdə Amasiya rayon icmasının sədri akademik Abel Məhərrəmov geniş məruzə ilə çıxış etdi. Abel müəllim Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xalqımız, dövlətimiz qarşısında tarixi və misilsiz xidmətləri haqqında deniş məlumat verdi. Qərbi Azərbaycan İcmasının sədri millət vəkili Əziz Ələkbərli, millət vəkili Tənzilə Rüstəmxanlı, əməkdar jurnalistlər Səyyad Ağbabalı, Hümbət Musayev, professorlar Avtandil Ağbabalı, Aslan Bayramov, veteran jurnalist Əsgər Əsgərov və digərləri də çıxış etdilər.
Azərbaycan Yazıçılar Birliyinin üzvləri Şəmsi Qoca və İmran Güllübulaqlı qələmə aldıqları şeirləri səsləndiriblər. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
"Qanunyolutv.az"
