"QanunyoluTV.az" kollektivi Sevilya balanı təbrik edir
- 06.05.2024, 02:30,
- Gündəm / Sosial / Mədəniyyət / Xəbər
Baxılıb: 65
Facebook
Вконтакте
Одноклассники
Google+

Əzizimiz Sevilya balanı 12 yaşı münasibətilə anası İradə xanım, atası Rövşən müəllim, babası Arif kişi, xalası Raidə xanım, qardaşı Amil və Arif, əmisi Gürbüz bəy, xalası qızı Fəridə və Firuzə xanm, sinif yoldaşı Səma xanım, qohumları, dostları və onu sevənlər səmimi qəlbdən təbrik edir, ona dərslərində daima əla qiymətlər almasını və yeni-yeni müvəffəqiyyətlər arzulayırlar.
Bu təbrikə “QanunyoluTV.az” saytının rəhbəri olaraq məndə kollektivimiz və eləcədə balaca Mədinə balamız da qoşularaq Sevilya balamıza həyatda sağlam ömür, uşaqlıq illərinin mənalı və xoş keçməsini, xoşbəxt gələcək, sevinc dolu günlər, xoş və firavan həyat arzulayırıq.
Arzu edirik ki, Ulu Tanrı ömrünə ömür, sevincinə sevinc qatsın Sevilya. Atdığın hər addım sənin həyatına uğur gətirsin. Gözlərində daima sevinc qığılcımları parlasın. Sevinc başının tacı, kədər isə ayağının tozu olsun. Bu arzular, Sevilya balamız səni daima qanadına alıb ən uca zirvələrə qaldırsın və yenilməz olasan!
Bu yeni yaşında sən xoşbəxtliklərin ən gözəlini yaşayasan, uğur həmişə səninlə olsun şirin-şəkər Sevilya!
DOĞUM GÜNÜN MÜBARƏK ŞİRİN-ŞƏKƏR SEVİLYA!
TANRI SƏNİ VƏ SEVDİKLƏRİNİ QORUSUN!Hörmətlə: "QanunyoluTV.az" saytının rəhbəri
Arif Süleymanlı

Şərh yaz