"QanunyoluTV.az"-kollektivi Almaz xanımı təbrik edir

"QanunyoluTV.az"-kollektivi Almaz xanımı təbrik edir

Əziz və hörmətli "Ay Media Company.az" saytının rəhbəri Almaz xanımı ad günü münasibətilə anası Validə xanım, qızı Südabə və Gövhər xanım, qardaşı Azər, bacısı Xalidə və Xatirə xanım, Rüstəm müəllim, rəfiqələri, qohumları, dostları, Şəhid anaları və qazilər səmimi qəlbdən təbrik edir, Almaz xanıma həyatda sağlam ömür, xoşbəxtlik, qadın təravəti, ailə səadəti, ruzi-bərəkət, gördüyünüz hər bir işlərinizdə uğurlar, yeni-yeni müvəffəqiyyətlər, yüksək nailiyyətlər arzulayırlar.

Bu təbrikə "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin sədri Ülviyyə xanım başda olmaqla cəmiyyətin bütün əməkdaşları eləcədə, Rüzganə xanım, müğənni Meti Mell, Rüfət müəllim, Əli müəllim, Jalə xanım, Nəzrin xanım, Pərvanə xanım, Süsən xanım, Məsmə xanım, Asim müəllim, Fərid müəllim, Seymur müəllim, Məzahir müəllim, Etibar müəllim və xüsusilə də nəvəm balaca Mədinə qoşularaq Almaz xanımı təbrik edib, ona həyatda sevinc dolu günlər, xoş və firavan ömür arzulayırlar. Almaz xanım günəş təkdir, ona bənzəməyin. Məhəbbətiniz torpaq qədər davamlı olsun. Qəm əyir, sevinc ucaldır insanı. Qəm görməyin, həmişə sevinc, səadət içində olun deyirlər.

“QanunyoluTV.az” saytının rəhbəri olaraq məndə kollektivimiz adından Almaz xanım sizə dünyanın ən şirin nemətlərini arzulayırıq. Neçə yaşınız olursa olsun hər şeyin gözəli sizinlə olsun. Yeni yaşınızda hər ötən gün daha gözəl, istəklərinizə uyğun və sizi xoşbəxt edəcək şəkildə olsun. Bir yaşda qocalsanızda həmişə olduğunuz kimi sevgi dolu və şən qalasınız.


Ulu Tanrı ömrünüzə ömür, sevincinizə sevinc qatsın. Atdığınız hər addım sizin həyatınıza uğur gətirsin. Gözlərinizdə daima sevinc qığılcımları parlasın. Sevinc başınızın tacı, kədər isə ayağınızın tozu olsun. Bu arzular, Almaz xanım sizi daima qanadına alıb ən uca zirvələrə qaldırsın və yenilməz olasınız! Arzu edirik ki, qələminiz daima iti, sözünüz hər yerdə keçərli olsun!


AD GÜNÜNÜZ MÜBARƏK OLSUN ALMAZ XANIM!
TANRI SİZİ VƏ SEVDİKLƏRİNİZİ QORUSUN!


Hörmətlə: "QanunyoluTV.az" saytının rəhbəri
Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter