Şəhid Kamran Qasaımovun 2-ci ildönümü qeyd edildi

Şəhid Kamran Qasaımovun 2-ci ildönümü qeyd edildi

Bu gün 44 günlük haqq savaşında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından, qanından keçən 30 il həsrətində olduğumuz torpaqlarımızı erməni qəsbkarlarından azad edən, bizlərə qələbə sevincini yaşadan qorxmaz, igid, qəhrəman şəhidimiz Kamran Fazil oğlu Qasımovun 2-ci ildönümü "Nur" mərasim evində keçirildi.

Tədbirin aparıcısı daima Şəhid, qazi ailələriinin yanında olan, "Uğur yolu tv.az" sayıtının rəhbəri Vətənpərvər Raziyə xanım Kamil qızı ilk öncə mərasimdə iştirak edən Şəhid analarını, atalarını, qaziləri və bütün Kamran sevərləri salamladı. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, cəmi şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla dərin hörmət və ehtiramla yad edildi.
Şəhid Kamran Qasaımovun 2-ci ildönümü qeyd edildi

Tədbirdə Şəhid ailələri və qazilər, Sabunçu rayonunun 192 nömrəli tam orta məktəbinin direktoru Təhmasib müəllim və müəllim kollektivi, eləcədə şagirdlər, "Odlar Yurdu" İB, 4 nömrəli Peşə məktəbinin müəllim kollektivi, "Qanunyolutv.az" sayıtının rəhbəri Arif Süleymanlı, QHT, "Zefertv.az" sayıtının rəhbəri Dəniz Rüzgar, "İnkişaf tv" kanalının rəhbəri Nahid Cavanşiroğlu, İcra nümayəndələri, İcyimaiyyət və Kamran sevərlər iştirak edirdilər.

Tədbirdə çıxış edənlər Şəhid haqqında, onun döyüş yollarından 44 günlük haqq savaşında əsgərlərimizin, Azərbaycan ordusunun göstərdikləri şücaətlərdən danışaraq, öz ürək sözlərini məclis iştirakçılarına çatdırdılar. Şəhidin valideynlərinə isə Allahdan səbr dilədilər.
Şəhid Kamran Qasaımovun 2-ci ildönümü qeyd edildi

Onu da qeyd edim ki, tədbirdə Sabunçu rayonunun 192 nömrəli tam orta məktəbinin şagird kollektivi çıxış edərək Vətənpərvər ruhda şerlər söylədilər, ifalar etdilər. Şəhid Kamran Qasımova dərs demiş müəllimlər də onu yaddan çıxarmayıb tədbirdə yaxından iştirak edərək, Şəhid haqqında çıxış edərək danışdılar, məktəb illərindəki xatirələrini məclis iştirakçıları ilə bölüşdülər. Sonra tədbirdə iştirak edənlərə Şəhid Kamranın adına açılmış ehsan süfrəsi verildi. Allah qəbul eləsin!
Şəhid Kamran Qasaımovun 2-ci ildönümü qeyd edildi

P.S. Məndə "Qanunyolutv.az" sayıtının rəhbəri olaraq kollektivimiz adından Şəhid Qasımov Kamranın qəhrəman anası Nailə xanıma, atası Fazil kişiyə, qohumlarına, doğmalarına, yaxınlarına Alladan səbr diləyirəm. Şəhid Kamran Fazil oğlu Qasımova isə məkanın cənnət, məqamın uca, ruhun şad olsun deyirəm!

“QanunyoluTv.az" Arif Süleymanlı
Şəhid Kamran Qasaımovun 2-ci ildönümü qeyd edildi

Əzizim, ellər ağlar,
Çiçəklər, güllər ağlar.
Nakam bir ömür üçün,
Ağaran tellər ağlar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter