"Bobo Constriction Triumf Palace" İnşaat şirkəti rəhbərinin dəstəyi və "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin sədri Ülviyyə Əsədovanın təşkilatçılığı ilə iftar süfrəsi verildi
Əziz və hörmətli oxucularımız "Dəmir Yumruq" Alfa-a cəmiyyətinn sədri Ülviyyə xanımın təşkilatçılığı və "Bobo Constriction Triumf Palace" İnşaat şirkəti rəhbərinin dəstəyi ilə "Qədim Qəbələ" restoranında 11 ayın sultanı olan Ramazan ayında Şəhid ailələrinə və qazilərə iftar süfrəsi verildi.
İftar süfrəsində ilk öncə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və sonra da Azərbaycan Respublikasının himni səsləndi.
Daha sonra söz çıxış üçün "Dəmir Yumruq" Alfa-a cəmiyyətinn sədri Ülviyyə xanıma verildi. Ülviyyə xanım çıxışında məclisə gələn qonaqları, Şəhid valideynlərini, qazilərimizi, Vətən Müharibəsi əlillərini salamladı və ürək sözlərini məclis iştirakçılarına çatdırdı. Ülviyyə xanımın çıxışından sonra iftar duası oxundu.
Onu da qeyd edim ki, iftar süfrəsində Şəhid anaları, ataları, qazilər, Gömrük Komitəsinin Akademiyasının rəisi general-mayor Qulu Novruzov, "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, sədrin müavini Məcid Məmmədov, Vətənpərvər, xeyirxah iş adamı Vəfa xanım Rzayeva, "Qanunyolutv.az" xəbər portalının rəhbəri Arif Süleymanlı, "Uğur Media"-nın rəhbəri Mətanət Akifqızı, Respublikanın Əməkdar artisti, aktyor Ağalar Bayramov, "Uğur yolu" saytının rəhbəri Raziyə xanım, "Xəzərtv.info" informasiya agentliyinin rəhbəri Fərid Səfərov, "Xudafərin" teatrının rəhbəri Günel xanım Amirova, gənc saz ifaçısı Zöhrab Poladoğlu, "Zefertv.az" saytının rəhbəri Dəniz Rüzgar, incəsənət xadimləri, müğənnilər iştirak edirdilər.
Sonra isə çıxış üçün söz Şəhid analarına, atalarına, qazilərə, İB və təşkilat rəhbərlərinə, media əməkdaşlarına, iş adamlarına, Vətən Müharibəsi əlillərinə verildi. Onlar da çıxışlarında bu gözəl ayda iftar süfrəsini təşkil edənlərə təşəkkürlərini bildirdilər. İftar süfrəsinə gələn qonaqları salamlayaraq 11 ayın sultanı olan Ramazan ayında məclisdə iştirak edən qonaqları təbrik etdilər və öz ürək sözlərini onlara çatdırdılar.
Daha sonra söz çıxış üçün daima Şəhid, Qazi, imkansız ailələrinin yanında olan, onlara maddi və mənəvi dəstək olub köməklik edən, xeyirxah əməlləriylə hər kəsin sevimlisi olan Vəfa xanım Rzayevaya, "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyevə, "Xudafərin" teatrının rəhbəri Günel xanım Amirovaya verildi. Onlarda çıxışlarında bu gözəl gündə hər kəsi salamlayıb, təşkilatçılara dərin təşəkkürlərini bildirərək, Müqəddəs Ramazan ayında ölkəmizə sülh-əminamanlıq, Ölkə başçımız, Ali baş Komandan cənab İlham Əliyevə və onun ailəsinə, xalqımıza sağlam ömür arzuladılar.
Çıxışlardan sonra bədii hissə başladı. Musiqiyə, ifalara, bədii qiraətlərə yer verildi. Məclisdə Vətənpərvər ruhda mahnılar oxundu, şerlər söylənildi, gənc saz ifaçısı Zöhrab Poladoğlu öz ifasiyla məclisə daha da zövq verdi.
P.S. Sonda mən də "Qanunyolutv.az" saytnının rəhbəri olaraq kollektivimiz adından "Dəmir Yumruq" Alfa-a cəmiyyətinn sədri Ülviyyə xanıma, "Bobo Constriction Triumf Palace" İnşaat şirkətinin rəhbərinə və "Qədim Qəbələ" restoranının rəhbəri Malik müəllimə, eləcədə restoranda əziyyət çəkib qonaqların xidmətində yüksək səviyyədə duran ofisantlara dərin təşəkkürümüzü bildiririk.
Allah orucunuzu qəbul eləsin! Ramazan Bayramınız Mübarək!