Hörmətli oxucular 23.10.2022-ci ildə Gədəbəy rayonu Parakənd kəndində dünyaya göz açan, həmin kənddə böyüyüb boya-başa çatan, orta məktəbə bu kənddə gedib təhsil alan Şəhid gizir Elfaq Nağıyevin 2-ci ildönümü qeyd edildi.
"Qanunyolutv.az" xəbər verir ki, Elfaqın hələ uşaq ikən Vətənə, torpağa sevgisi sonsuz olub. Eləcədə onun arzusu hərbçi olmaq imiş. Bəli, bu arzu, bu sevgi və istək onu arzusuna çatdırdı. Nəhayət, Elfaq hərbçi olaraq 30 ilə yaxın həsrətində olduğumuz işğalda olan torpaqlarımızı erməni qəsbkarlarından canı, qanı bahasına azad edərək qəhrəmancasına Şəhidlik zirvəsinə ucaldı. Bu sözləri bizə məhz şəhidin valideynləri qürur hissiylə bizlərə dedilər.
Gizir Elfaq Nağıyevin 2-ci ildönümündə uzaqdan, yaxından, onu sevərlər gəlmişdilər. Tədbir onun təhsil aldığı məktəbdən başladı. Məktəbdə çıxış edənlər Şəhid Elfaq haqqında onun məktəb illərindən, gənclik dövründən, təlim-tərbiyyəsindən, keçdiyi hərbi xidmətlərindən danışdılar. Sonra məktəblilər Vətənpərvər şerlər söylədilər. Məktəbdə çıxışlar bitdikdən sonra tədbir iştirakçıları Şəhid Elfaqın böyüyüb boya-başa çatdığı evə, onun adına hazırlanan ehsan süfrəsinə dəvət aldılar və tədbir burda davam etdirildi.
Tədbirdə ilk öncə Azərbaycan himni səsləndi, sonra isə şəhidin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Gədəbəy RİH-nin 1-ci müavini Natiq Nağıyev və rayon nümayəndəlikləri, "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin sədri Ülviyyə xanım kollektivi ilə, Şəhid anaları, QHT-ları, İB-lər, "Odlar Yurdu" könüllülər qrupunun fəalı Azadə xanım kollektivi ilə, Media əməkdaşları, Şəhid Elşən Musayevin qardaşı bəstəkar-şair Cavanşir Musayev, ictimaiyyət, kənd sakinləri, bir sözlə Elfaq sevərlər iştirak edirdilər.
Tədbirdə çıxış üçün söz RİH-nin 1-ci müavini Natiq Nağıyevə verildi. O, Şəhid haqqında, dövlətimizin Şəhid və qazi ailələrinə göstərdiyi qayğı və diqqətdən danışdı. Şəhidin valideynlərinə, yaxınlarına səbr, şəhidimizə isə Allahdan rəhmət dilədi. Sonra çıxış üçün söz şəhidin valideynlərinə verildi. Onlar çıxış edərək, məclisdə iştirak edənləri salamlayaraq, qəhrəman oğulları haqqında danışdılar. Şəhidin dayısı 1-ci Qarabağ əlili Sarvan müəllim də onların çıxışlarına əlavə olaraq bacısı oğlu Elfaq haqqında xoş sözlərlə çıxış etdi və öz fikirlərini məclis iştirakçılarına çatdırdı.
Daha sonra söz həmişə şəhid və qazi ailələrinin yanında olan, onların problemlərin diqqətdə saxlayan, həlli istiqamətində lazımı addımlar atan, imkan daxilində onlara maddi və mənəvi dəstək olan "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin sədri Ülviyyə xanıma verilldi. Ülviyyə xanım da öz növbəsində çıxış edərək, məclisdə olanları salamladı. Şəhid Elfaq haqqında, onun döyüşdə göstərdiyi şücaətindən danışdı, valideynlərinə Allahdan səbr dilədi və Şəhid anası Aytəkin xanıma "Fəxri Diplom" təltif etdi. Təqdimatdan sonra bəstəkar-şair Şəhid Elşən Musayevin qardaşı Cavanşir Musayev çıxış edərək, məclisdə söylədiyi şerlə hər kəsi göz yaşına qərq etdi.
Elfaq Nağıyev 1996-cı il dekabrın 26-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. 2003-2011-ci illərdə kəndin tam orta məktəbində təhsil alıb.
2012-2016-cı illərdə Şamaxı rayonu Humanitar Kollecində "Bədən tərbiyəsi müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Nişanlı idi.
Elfaq Nağıyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2016-2017-ci llərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun giziri Elfaq Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Hadrut əraziləri və bir neçə strateji yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərib.
Oktyabrın 9-da Hadrut qəsəbəsinə bayraq sancan əsgərlərdən biri olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
25.12.2020) - “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra) (24.06.2021) - "Füzulinin alınmasına görə" medalı (ölümündən sonra)
Şəhid Elfaq Nağıyeva məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Gizir Elfaq Nağıyev oktyabrın 21-də Xocavənd rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Gədəbəy rayonunun Parakənd kəndində torpağa tapşırılıb.