"Qanunyolu.info.az" kollektivi Şəhid Emin ismayılovun ildönümündə iştirak etdi

"Qanunyolu.info.az" kollektivi Şəhid Emin ismayılovun ildönümündə iştirak etdi

Əziz və hörmətli bizi izləyən oxucularımız. Bu gün sizlərə evin tək övladı olan, Vətənini, torpağını, dövlətini, xalqını sevən, əslən Cəbrayıl rayonunudan olan mərd, igid, qorxmaz, qəhrəman, İkinci Vətən müharibəsində, yəni 44 günlük haqq savaşında 30 ilə yaxın erməni işğalı altında olan Qarabağ torpaqlarımızın azad edilməsində, Vətənimizin ərazi bütövlüyü uğrunda fədakarlıqla, qəhrəmancasına döyüşüb şəhadətə ucalan kiçik çavuş İsmayılov Emin Tahir oğlundan söhbət açacayıq.

Emin İsmayılov 21 may 2001-ci ildə Nəsimi rayonunda anadan olmuşdur. Əslən Cəbrayıl rayonundan idi. Nəsimi rayon 54 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi.

Emin İsmayılov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
"Qanunyolu.info.az" kollektivi Şəhid Emin ismayılovun ildönümündə iştirak etdi

Azərbaycan Ordusunun əsgəri olan Emin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın və Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Emin İsmayılov 6 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

2021-ci il noyabrın 27-də II Şəhidlər Xiyabanında Emin İsmayılovun ildönümü dərin etiramla yad edildi. Xiyabanda təşkil edilmiş tədbir böyük bir izdihamla davam etdi. Tədbirdə MM-in deputatı hörmətli Ceyhun Məmmədov, Cəbrayıl rayon icra nümayəndəliyi, Şəhid anaları, qazilər, KİV əməkdaşları, məktəblilər, ictimaiyyət və Emin sevərlər iştirak edirdilər.

Tədbirdə ilk öncə Dövlət himnimiz səsləndi və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra deputat Ceyhun Məmmədova söz verildi. O. da tədbirdə çıxış edərək Şəhid Emin İsmayılov haqqında öz fikirlərini söylədi və Şəhid anası Məlahət xanıma Allahdan səbr dilədi.
"Qanunyolu.info.az" kollektivi Şəhid Emin ismayılovun ildönümündə iştirak etdi

Çıxışlardan sonra orkestrin müşayiəti ilə tədbir iştirakçıları şəhidin məzarını dərin etiramla ziyarət etdilər. Onun qəbri üstünə gül - çiçək və əklillər qoyaraq, ruhuna dualar oxudular. Məktəblilər şəhidin adına yazılan Vətənpərvər şerlər dedilər.

Daha sonra tədbir iştirakçıları şəhidin adına "Ağ çiçəyim" şadlıq sarayında ildönüm ilə bağlı təşkil olunmuş ehsan süfrəsinə getdilər. Şadlıq sarayında da böyük bir izdiham var idi. Emin sevərlər bu gün bura toplaşmışdılar. Şadlıq sarayında da ilk öncə Dövlət himnimiz səsləndi və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Əziz oxucularımız bir anı xüsusilə sizlərin nəzərinə çatdırmağı özümə borc bilirəm. Oğluna toy etmək arzusuyla yaşayan Ana, Vətən uğrunda Şəhid olmuş oğlu Eminə ildönümündə vağzalı havası səsləndirərək mərasimi açıq elan etdi.
"Qanunyolu.info.az" kollektivi Şəhid Emin ismayılovun ildönümündə iştirak etdi

Bəli, əlbətdə ki, tək övladını Şəhid vermiş Ana üçün bu an çox ağırdırdır. Lakin buna baxmayaraq Ana çox qürurludur və oğlu ilə fəxr edir. Qəhrəman ananın atdığı bu addım isə təqdirə layiq olaraq tədbir iştirakçılarının alqışlarına səbəb olan hadisə kimi yaddaşlarda daima qalacaqdır.

Tədbirdə Emin sevərlər çıxış edərək öz ürək sözlərini tədbir iştirakçılarına çatdırdılar. Şəhidin adına həsr edilmiş mahnılar oxundu, şerlər deyildi. Çıxış edənlər arasında Samux, Lerik, Masallı, ismayıllı, Bərdə, Gəncə rayonlarından gələn şəhid anaları və ataları, Milli Qəhrəman general Polad Həşimovun qardaşı İlham Həşimov, qazilərimiz, şəhidin döyüş yoldaşları, QHT rəhbərləri, iş adamları, KİV əməkdaşları və bütün Emin sevərlər bu möhtəşəm, yadda qalan tədbirdə yaxından iştirak edib çıxış etdilər. Mərasimdə Xalq artisti Gülyanaq xanım Məmmədovada iştirak edirdi. O, da tədbirdə çıxış edərək Emin haqqında yazılmış mahnısıyla məclisə zövq qatdı.
"Qanunyolu.info.az" kollektivi Şəhid Emin ismayılovun ildönümündə iştirak etdi

Onu da qeyd edim ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin İsmayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin İsmayılov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

P.S. Sonda məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq Məlahət anamıza tərtib etdiyimiz "Zəfər Şəhidi" diplomunu təqdim etdim. Kollektivimiz adından Vətənimiz uğrunda haqq savaşında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Emin İsmayılovun anası Məlahət xanıma və onun yaxınlarına, qohumlarına, Emin sevərlərə Allahdan səbr diləyir, Şəhid qardaşımız qəhrəman, qorxmaz, igid, Vətənpərvər oğul Emin İsmayılova isə ruhun şad olsun deyirik! Birdə fürsətdən istifadə edərək "Ağ çiçəyim" şadlıq sarayının rəhbəri başda olmaqla bütün personal işçilərinə göstərdikləri yüksək səviyyədə xidmətlərinə görə kollektivimiz adından dərin təşəkkürümüzü bildiririk.
"Qanunyolu.info.az" kollektivi Şəhid Emin ismayılovun ildönümündə iştirak etdi


ALLAH RƏHMƏT ELƏSİN!

"Qanunyolu.info.az"- Təsisçi və baş redaktor
Arif Süleymanlı
Baş redaktorun 1-ci müavini
Məhəbbət Murtuzova
İcraçı direktor
İradə Şirinova
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter