Daşaltı əməliyyatında itkin düşmüş Milli Qəhrəmanın doğum günüdür - Fotolar

  • 20.12.2020, 11:50,
  • Xəbər
  • Baxılıb: 45
Daşaltı əməliyyatında itkin düşmüş Milli Qəhrəmanın doğum günüdür - Fotolar

Dekabrın 20-də Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun doğum günüdür.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Milli Qəhrəmanın anadan olmasından 64 il ötür.

Əhmədov Riad Fikrət oğlu 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub. Orta təhsilini 134 saylı orta məktəbdə alıb. Riadın ata babası Həmid Əhmədov Qərbi Azərbaycanda anadan olub.

R.Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1976-1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Institutunda laborant işləyib. 1979-1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980-1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb.
Daşaltı əməliyyatında itkin düşmüş Milli Qəhrəmanın doğum günüdür - Fotolar

1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan R.Əhmədov, 1981-1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y.V.Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub.

Riad Əhmədov 1992-ci ildə Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdi. O, Şuşa, Goranboy, Füzuli, Əsgəran, Ağdam və digər ərazilərimizin müdafiəsi uğrunda fədakarcasına mübarizə aparmışdı. 38 əməliyyatdan uğurla çıxıb, ermənilərə ağır zərbə vurmuşdu.
Daşaltı əməliyyatında itkin düşmüş Milli Qəhrəmanın doğum günüdür - Fotolar

Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda başlayıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla sona çatıb. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa, onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.
Daşaltı əməliyyatında itkin düşmüş Milli Qəhrəmanın doğum günüdür - Fotolar

Bu döyüş əməliyyatında həlak olanların sayı hələ də indiyə kimi dəqiqləşməyib. Müəmmalı ölümünə doğmaları və dostlarının hələ də inanmadığı oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovdu.
Daşaltı əməliyyatında itkin düşmüş Milli Qəhrəmanın doğum günüdür - Fotolar

Xüsusi təyinatlı dəstənin komandiri olan Riad Əhmədov da Daşaltı əməliyyatında itkin düşdü. Riad Əhmədovla bağlı erməni mənbələrində də heç bir məlumat yoxdur.
Riad Əhmədov Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır.
Daşaltı əməliyyatında itkin düşmüş Milli Qəhrəmanın doğum günüdür - Fotolar

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun şərəfli döyüş yolunu əks etdirən "İgidnamə" sənədli filmi, "Qayıt Riad" bədii-sənədli filmi çəkilib.

Riad Əhmədovun 2 övladı yadigar qalıb. Hələ də övladları, dostları, yaxınları, qohumları onun yolunu gözləyir...
Daşaltı əməliyyatında itkin düşmüş Milli Qəhrəmanın doğum günüdür - Fotolar

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter