“Bizi Şuşaya aparıb qurban kəsəcəyini deyirdi” - Şəhid polkovnikin oğlu
- 24.11.2020, 15:10,
- Xəbər
Baxılıb: 40
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaya düşərək şəhid olan polkovnik Babək Səmidlinin övladları dəfn mərasimindən sonra jurnalistlərə ataları haqda danışıblar."Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, şəhid polkovnikin böyük oğlu Mətləb Səmidli deyib ki, atalarının onları işğaldan azad edilən yerlərə aparmaq arzusu olub: “Mən əvvəl də atamla fəxr edirdim. İndi qat-qat daha çox fəxr edirəm. Şəhidlik hər insana qismət olmur. Atamın 3 arzusu var idi: ya şəhid olacaq, ya qazi, ya da qalib olacaq. Atam həm qalib oldu, həm də şəhid oldu. Atam bizimlə telefonda danışanda deyirdi, darıxmayın, şəhidlik böyük, uca zirvədir. Bizə deyirdi ki, ağlamayın, şəhidlər bir dəqiqədən sonra orada, Allahın yanında öz ailələri ilə yaşayırlar. Bizə demişdi ki, sizi işğaldan azad olunan yerlərə aparacağam, gəzdirəcəyəm, amma qismət olmadı. İnşallah, biz özümüz gedəcəyik”.
Babək Səmidlinin kiçik oğlu Səmid Səmidli bildirib ki, atası Şuşanı alandan sonra onları ora aparıb qurban kəsəcəyini deyirmiş: “Mən də böyüyəndə atam kimi hərbçi olub Vətənimizə xidmət edəcəyəm”.
