Türkiyə MN Azərbaycanı belə təbrik etdi
- 08.11.2020, 14:35,
- Xəbər
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
“Qəhrəman Azərbaycan Ordusu xüsusi əhəmiyyətə sahib Şuşa şəhərini işğaldan azad edib. Təbrik edirik”."Qanunyolu.info.az", “Qafqazinfo”-nun məlumatına istinadən, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tvitter hesabında qeyd olunub.
Azərbaycan - Türkiyə ordusunun birgə hərbi təlimindən foto paylaşılan nazirliyin səhifəsində daha sonra bu fikirlər qeyd olunub:
“Azərbaycan türkü qardaşlarımız 28 ildən sonra Şuşanın məşhur xarıbülbül çiçəyinin açılmasını görəcək, qoxusuna doyacaqlar. Necə də xoşbəxtdilər”.