Atəşkəsdən 1 gün sonra Şuşa işğal edilmişdi - Xainliyin tarixçəsi...
- 16.10.2020, 13:10,
- Xəbər
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, o cümlədən 27 sentyabrdan başlayaraq Azərbaycanın mülki əhalisinə qarşı terror aktı törətməsini əks etdirən videoçarx hazırlanıb. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, videoda 1992-ci ildə və 2020-ci ildə əldə olunan atəşkəs razılığına ermənilərin məhəl qoymaması və terror törətməsi tarixinin təkrarlanması göstərilir.Belə ki, 1992-ci ilin mayın 7-də Ermənistan prezidenti Levon Ter-Petrosyan və Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov İran prezidenti Əli Əkbər Rəfsəncaninin vasitəçiliyi ilə Tehranda görüş keçirdi və atəşkəs razılığı elan olundu. Cəmi bir gün sonra - 8 may 1992-ci ildə erməni ordusu Şuşanı işğal etdi.
1992-ci ilin 21 fevralında Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşündə atəşkəs razılaşması imzalandı. Beş gün sonra ermənilər Xocalı soyqırımını törətdi.
2020-ci ilin 10 oktyabrında Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşündə humanitar atəşkəslə bağlı razılıq əldə olundu.
Atəşkəsin elan olunduğu gündən bir gün sonra- 11 oktyabrda ermənilər Gəncəyə raket zərbələri endirdi. 10 dinc sakin həlak oldu, 40 nəfər ağır xəsarət aldı, 80 nəfərin evi isə yararsız hala düşdü.
