Paşinyan çarəsizlikdən yeni kadrlar gətirir
- 06.10.2020, 16:57,
- Xəbər
Baxılıb: 10
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda uduzan Ermənistan rəhbərliyi ölkənin güc strukturlarında dəyişiklik etmək qərarına gəlib."Qanunyolu.info.az", “Qafqazinfo”-nun məlumatına istinadən, Baş nazir Nikol Paşinyan deputat Tiqran Ulihanyanı Respublika Nəzarət Xidmətinin rəhbərinə yeni müavin təyin edib.
Qeyd olunub ki, Nəzarət Xidmətinin rəhbəri David Sanasaryan bu vəzifəyə üzvü olduğu “Məxməri inqilab”dan dərhal sonra-2018-ci ilin mayında təyin olunmuşdu. 2019-cu ilin aprelində Sanasaryan cinayət korrupsiya işində şübhəli olaraq mühakimə olunmuşdu.
“Beləliklə, de-fakto Ulihanyan bu mühüm dövlət qurumunun rəhbəri kimi çıxış edəcək”, - deyə məlumatda vurğulanıb.