“Arutyunyan Gəncəyə atəş əmri verdiyini feysbukda elan edib” - Günay Səlimzadə

  • 05.10.2020, 12:30,
  • Xəbər
  • Baxılıb: 12
“Arutyunyan Gəncəyə atəş əmri verdiyini feysbukda elan edib” - Günay Səlimzadə

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş terror aktları nəticəsində həlak olan 24 nəfərdən 5-i qadın, 3-ü uşaqdır, xəsarət alanlardan 30-u qadın, 7-si uşaqdır”.

"Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.

O deyib ki, özünü Qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti” kimi təqdim edən Araik Arutyunyan feysbuk hesabında canlı yayımı zamanı Gəncəyə raket atəşi əmrini verdiyini elan edib:

“Bununla bağlı Araik Aratyunyan haqqında Azərbaycan Baş Prokurorluğunda müxtəlif maddələrlə cinayət işi başlanılıb. Mingəçevir şəhəri raket atəşinə tutulub, atılan 3 raketdən ikisi partlamayıb, birinin yaşayış evinə düşməsi nəticəsində 5 nəfər xəsarət alıb. Bu faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter