Rəşad Atakişiyevin məzarı ziyarət edildi - Fotolar

  • 24.07.2020, 20:50,
  • Xəbər
  • Baxılıb: 19
Rəşad Atakişiyevin məzarı ziyarət edildi - Fotolar












Müdafiə nazirinin tapşırığına əsasən təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının ildönümündə nazirliyin nümayəndələri tərəfindən onun məzarı ziyarət olunub, əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

Bu barədə "Qanunyolu.info.az", "Qafqazinfo"ya istinadən Müdafiə Nazirliyindən məlumat verilib.

Anma mərasimində Hərbi Hava Qüvvələrinin zabiti polkovnik Elşad Pənahov çıxış edərək R.Atakişiyevin Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində özünü peşəkar, nümunəvi, vətənpərvər zabit kimi göstərdiyini və onun xidmətlərinin həmişə yüksək qiymətləndirildiyini qeyd edib.
Rəşad Atakişiyevin məzarı ziyarət edildi - Fotolar
Rəşad Atakişiyevin məzarı ziyarət edildi - Fotolar
Rəşad Atakişiyevin məzarı ziyarət edildi - Fotolar
Rəşad Atakişiyevin məzarı ziyarət edildi - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter