Sərnişinlərin nəzərinə!

  • 08.07.2020, 21:20,
  • Xəbər
  • Baxılıb: 27
Sərnişinlərin nəzərinə!












Son 2-3 gün ərzində aparılan təhlillər nəticəsində sərnişin tələbatına uyğun olaraq ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib.

Bu barədə "Qanunyolu.info.az", "Qafqazinfo"ya istinadən Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, dəyişikliyə əsasən iyulun 9-dan ekspres xətlər üzrə avtobuslar başlanğıc məntəqədən səhər saat 06:30-dan xidmətə başlayacaq. Yeni qrafikə uyğun olaraq ekspres xətlər üzrə avtobuslar axşam saat 21:00-dək işləyəcək.

Məqsəd səhər və axşam saatlarında sərnişin tələbatını qarşılamaq, gündəlik ekspres xətlərdən istifadə edən sərnişinlərin mənzil başına rahat və vaxtında çatdırılmasını təmin etməkdir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter