Daha bir məktəb direktoru koronavirusa yoluxdu
- 24.06.2020, 15:00,
- Xəbər
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda daha bir məktəb direktoru koronavirusa yoluxub.Təhsil Nazirliyindən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən sorğusuna cavab olaraq bildirilib ki, Masallı rayonu Təzə Alvadı kənd məktəbinin direktoru, 1958-ci il təvəllüdlü Süleymanov Möhsün Cabir oğlu koronavirus (COVİD-19) diaqnozu ilə bağlı Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məktəb direktorunun səlahiyyətləri Möhsün Süleymanov sağalıb işə qayıdanadək təlim-tərbiyə işləri üzrə direktor müavini Həsrətov Ramin Xudacan oğluna həvalə edilib.
Xatırladaq ki, daha öncə Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru 1970-ci il təvəllüdlü Əliyeva Arzu Şirin qızının da test nəticəsi pozitiv çıxdığından xəstəxanaya yerləşdirilmişdi.