Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
- 02.05.2026, 18:30,
- Xəbər / Sosial
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
İranda həbsdə saxlanılan Güney azərbaycanlı hüquq müdafiəçisi, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirilib.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilir ki, vəziyyəti ağır olan Nərgiz Məhəmmədi hazırda Zəncandakı xəstəxananın reanimasiya şöbəsindədir.
Xatırladaq ki, Nərgiz Məhəmmədinin ötən ay vəziyyətinin kritik olması ilə bağlı
məlumatlar yayılmışdı.
Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. O, insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı fəaliyyətlərinə görə ümumilikdə 36 il müddətinə azadlıqdan məhrum edilib, bu cəzanın 10 ilini həbsxanada çəkib.
Nərgiz Məhəmmədi “qadınlara qarşı zorakılıqla mübarizəsinə”, eləcə də “hər kəs üçün insan hüquqları və azadlığının təşviqi uğrunda apardığı mübarizəyə” görə 2023-cü ildə Sülh üzrə Nobel mükafatına layiq görülüb.