Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - Foto
- 30.04.2026, 21:00,
- Xəbər / Sosial / Səhiyyə
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzində baş vermiş partlayış nəticəsində həkim-radioloq Asif Nəsirli ağır xəsarət alıb.
“Qanunyolutv.az”-ın məlumatına görə, hadisə ilə bağlı aparılan araşdırmalar zamanı dəhşətli faktlar üzə çıxıb.
Belə ki, hadisə zamanı həyatını itirən xəstə 1988-ci il təvəllüdlü Mübariz Əliyevin həmin həkimi qəsdən öldürmək istəməsinə dair əsaslı şübhələr
müəyyən edilib.
Ağır xəsarət alan həkim Asif Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.
O, 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura pilləsini keçib.
A.Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışır.
Həkimin fotosunu təqdim edirik: