Şahin Şıxlinskinin məhkəməsi başladı
- 18.12.2025, 15:00,
- Xəbər
Baxılıb: 8
Facebook
Вконтакте
Одноклассники
Google+
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski, oğlu Mutvalı Şıxlinski, Səfərov qardaşları və Şücaəddin Rəcəbovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. “Qanunyolutv.az” E1.RU-ya istinadən xəbər verir ki, onlar rollarından asılı olaraq, qətl, qətlə cəhd, qətldə iştirak, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq kimi bir sıra ağır maddələr üzrə ittiham olunurlar.
İlkin dinləmə qapalı keçirildiyindən onların qohumları məhkəməyə buraxılmayıb. Vəkillər Şıxlinski və digərləri üçün andlılar məhkəməsinin keçirilməsini istəyiblər.
Məhkəmənin növbəti iclası 2026-cı ilin yanvar ayına təyin olunub.
Qeyd edək ki, ittiham olunan şəxslər təqsirli olmadıqlarını bəyan edirlər.
Xatırladaq ki, bu il iyunun 26-da Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə
basqın edib. Saxlanılma zamanı hər iki şəxs aldıqları xəsarətlərdən həyatını itiriblər. Onların qohumları həbs olunublar. Daha sonra Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri
Şahin Şıxlinski və oğlu
Mutvalı Şıxslinski həbs ediliblər.
