28-31 oktyabr tarixlərində 16 itkin şəhidimiz dəfn ediləcək.“Qanunyolutv.az” xəbər verir ki, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki,
oktyabrın 28-i saat 12:00-da
Abdulla Novruz oğlu Quliyev Abşeron rayonu, Saray qəsəbəsi qəbiristanlığında, saat 12:30-da
Lətif Qəribalı oğlu Şahhüseynov Sumqayıtda yerləşən Şəhidlər xiyabanında, saat 13:00-da isə
Mübariz Ağahüseyn oğlu Şahmurov Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında, həmçinin
oktyabrın 29-u saat 12:00-da
Rəfael Sultan oğlu Abbasov və İlham İmdad oğlu Mehdiyev, saat 13:00-da
Əliyar Fərrux oğlu Əliyev, saat 14:00-da isə
Azər Zirəddin oğlu Bayramov Bakı şəhəri, Suraxanı rayonu, “Dədə Qorqud” qəbiristanlığı-Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd olunub ki,
oktyabrın 30-u saat 12:00-da
Elçin Balaxan oğlu Quliyev Bakı şəhəri, Suraxanı rayonu, “Dədə Qorqud” qəbiristanlığı-Şəhidlər Xiyabanında, saat 13:00-da
Fikrət Abbas oğlu Əzizov Bakı şəhəri, Qaradağ rayonu, “Sofi Həmid Piri” qəbiristanlığında, saat 14:00-da
Cəmil Nizami oğlu Rəhimov Şirvan şəhəri Şəhidlər Xiyabanında, saat 15:00-da
Aydın Nəriman oğlu Nuriyev Göyçay rayonu, Mırtı kənd qəbiristanlığında, həmçinin
oktyabrın 31-i saat 12:00-da isə
Çingiz Usub oğlu Hüseynov və Səfər Qarsalan oğlu Qəmbərov Xocalı şəhəri - Şəhidlər Xiyabanında, həmçinin
Mikayıl Atababa oğlu Əliyev Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsindəki yeni məzarlıqda, saat 13:00-da
Teymur Qüdrət oğlu Allahverdiyev Neftçala rayonu Qaçaqkənd kənd qəbiristanlığında, saat 14:00-da isə
Elçin Ağamməd oğlu Heydərov İmişli rayonu Ağaməmmədli kənd qəbiristanlığında dəfn ediləcək.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!