Niyazi Bayramov yağışın yol açdığı fəsadlara yerində baxış keçirdi - Fotolar
- 16.04.2025, 12:30,
- Xəbər
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı Gəncəyə yağan yağışlar nəticəsində şəhərin Məhsəti qəsəbəsində 15-ə yaxın fərdi yaşayış evinə yağış suları dolub.“Qanunyolutv.az” xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əraziyə gələrək mövcud vəziyyətlə yerində tanış olub. Şəhər rəhbərinə məlumat verilib ki, səhər saatlarından etibarən Gəncə şəhər Sukanal İdarəsi və Gəncə şəhər MKTİB-in əməkdaşları və texnikaları əraziyə cəlb olunublar.
Gəncə şəhər Sukanal İdarəsi tərəfindən xüsusi avadanlıqlar vasitəsilə həyətlərə və evlərə dolan suların çəkilməsi işi həyata keçirllir.
MKTİB-in xüsusi texnikaları vasitəsilə yağış sularının istiqamətinin dəyişdirilməsi üçün ərazidə qazıntı işləri aparılıb. Axşam saatlarında suların çəkilməsi işinə FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları və xüsusi avadanlıqları da cəlb olunub. Sakinlərlə görüşən şəhər rəhbəri aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, sözügedən ərazidə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozularaq inşa edilən yaşayış evləri subasma riskinə məruz qalıb.
