Zülfüqar Rüfətoğlu vəfat etdi

Zülfüqar Rüfətoğlu vəfat etdi

Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu vəfat edib.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

O, uzunsürən xəstəlikdən sonra 66 yaşında Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, şair İngiltərədə dəfn ediləcək.

Qeyd edək ki, Zülfüqar Rüfətoğlu “Şirbalanın məhəbbəti” filminin ssenari müəllifi, “Səhər” qəzetinin təsisçilərindən biri, “Mavigözlü ögey ana” kitabının müəllifidir. Həmçinin “BBC Azərbaycan” xidmətində işləyib.

O, 1991-ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb.

Onu da bildirək ki, Zülfüqar Rüfətoğlu Azərbaycan yazıçısı, satirik şair, ssenari müəllifi, SSRİ Yazıçılar İttifaqının və SSRİ Jurnalistlər İttifaqının üzvü Rüfət Əhmədzadənin oğludur.

Həmçinin Zülfüqar Rüfətoğlu Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin qardaşıdır.

Allah rəhmət eləsin!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter