ABŞ səfiri şəhidlərin xatirəsini yad edib - Yenilənib
- 27.09.2024, 12:00,
- Xəbər
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Anım Günü ilə əlaqədar şəhidlərimizin xatirəsini yad edib. “Qanunyolutv.az” xəbər verir ki, bu barədə ABŞ səfirliyinin feysbuk hesabında paylaşım edilib.
“Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün, uzlaşmanın və sabitliyin möhkəmləndirilməsinə sadiq qalmaqdadır. Biz regionun bütün xalqlarının rifahı naminə humanitar yardım, minaların təmizlənməsi və davamlı və layiqli sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik”, - deyə paylaşımda Mark Libbinin sözləri yer alıb.
****
Böyük Britaniyanın Bakıdakı səfiri Fergus Auld da Anım Günü ilə bağlı “X” hesabında paylaşım edib:“27 Sentyabr - Anım Günündə müharibədə həyatını itirənləri hörmətlə anırıq. Regiona tezliklə sülh və əmin-amanlığın gəlməsini diləyirik”.