Sabirabaddakı məktəbdə 11 şagird və müəllim zəhərləndi - Yenilənib
- 26.09.2023, 11:00,
- Xəbər / Sosial / Təhsil
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Sentyabrın 25-də Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 nəfər şagird və 1 nəfər müəllim olmaqla, cəmi 12 nəfər şəxsin qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub."Qanunyolutv.az" xəbər verir ki, Sabirabad rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyənləşib.
Hazırda vəziyyəti qənaətbəxş olan 12 nəfər şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
****
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sabirabaddakı orta məktəbdə qeydə alınan kütləvi zəhərlənmə ilə bağlı açıqlama verib.Qurumdan saytımıza bildirilib ki, hadisənin baş vermə səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.
