Daha bir nənə xəstə nəvəsini diləndirir.
- 18.06.2022, 15:00,
- Xəbər
Baxılıb: 19
Facebook
Вконтакте
Одноклассники
Google+
Bərdədə daha bir qadının xəstə nəvəsini diləndirməsi ilə bağlı məlumat yayılıb.“Qanunyolutv.az” xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
O bildirib ki, uşağa DSP diaqnozu qoyulub və o, buna görə müavinət alır, ancaq buna baxmayaraq, nənəsi tərəfindən Bərdə bazarında mütəmadi olaraq diləndirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı saytımıza açıqlamasında bildirib ki, məsələdən məlumatlıdırlar:“Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır”.