Mübariz Mənsimovdan Baloğlan Əşrəfovla bağlı paylaşım

  • 27.04.2021, 09:30,
  • Xəbər
  • Baxılıb: 22
Mübariz Mənsimovdan Baloğlan Əşrəfovla bağlı paylaşım

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov dünən dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovla bağlı sosial şəbəkədə paylaşım edib.

“Qanunyolu.info.az” xəbər verir ki, iş adamı sənətçi ilə fotosunu paylaşaraq Baloğlan Əşrəfovun daim qəlblərdə yaşayacağını bildirib:

“Bu gün fani dünyanı tərk etdin. Allah sənə rəhmət eləsin, sədaqətli qardaşım. Azərbaycan incəsənətinə öz imzasını ata bilən sənətkarımız. Ata və anamın gəncliyi... O gözəl səsinlə ifa etdiyin mahnılar heç vaxt unudulmayacaq. Bu o deməkdir ki, sən ölmədin, hər zaman qəlbimizdə yaşayacaqsan. Rahat yat, əziz dost... Ruhun şad olsun...”.
Mübariz Mənsimovdan Baloğlan Əşrəfovla bağlı paylaşım

Qeyd edək ki, Mübariz Mənsimov bir müddət əvvəl səhhətində ciddi problem yaranan müğənniyə yardım etmiş, onu müalicə üçün Türkiyəyə aparmışdı. Türkiyədə Baloğlan Əşrəfova qaraciyər köçürülmüşdü.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter