Bakıda bu məktəbdə iki gündür işıq yoxdur

Bakıda bu məktəbdə iki gündür işıq yoxdur

Bakının Yasamal rayonunda yerləşən 167 nömrəli tam orta məktəbdə iki gündür işıqlar yanmır.

Bu barədə valideynlər sosial şəbəkədə məlumat yayıb. Bildirirlər ki, uşaqların lövhəni görməsi üçün onları əl fanarları ilə birgə dərsə göndərirlər. Onların sözlərinə görə, məktəb rəhbərliyinə müraciət olunsa da, problemin “Azərişıq” ASC ilə bağlı olduğunu deyiblər. Təhsil müəssisəsində generator olmadığından elektrik enerjisini bərpa etmək mümkün deyil. Həmçinin elektrik olmadığına görə, məktəbi istiliklə də təchiz etmək qeyri-mümkündür.

"Qanunyolu.info.az" xəbər verir ki, problemlə bağlı məktəbdən bildirilib ki, 167 nömrəli tam orta məktəbin yaxınlığındakı küçədə elektrik xətlərində qəza baş verib: "Azərişıq" ASC-dən bu gün problemi həll etməyə çalışdıqlarını bildiriblər. Məktəbin daxili elektrik şəbəkəsində hər hansı problem yoxdur. Tədris prosesi davam edir, davamiyyət normaldır".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə saytımıza deyilib ki, sözügedən məktəbin elektrik enerjisi ilə təchizatında yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub: "Məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir".

“Qanunyolu.info.az” xəbər verir ki, məsələ ilə bağlı “Azərişıq” ASC-dən bildirilib ki, nasazlıq olan həmin xətt “Azərişıq” ASC-nin balansında deyil, məktəbin balansındadır: "Bununla belə, “Azərişıq” əməkdaşları artıq ərazidə işə başlayıblar. Qısa vaxt ərzində qəza aradan qaldırılacaq".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter