“Türkvizyon”un qalibi o oldu - Video
- 21.12.2020, 10:25,
- Şou / Xəbər
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
“Türkvizyon” mahnı müsabiqəsinin qalibi məlum olub. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, 2020-ci ildə pandemiya (COVID–19) səbəbindən onlayn keçirilən yarışmada 26 ölkə və bölgənin təmsilçisi iştirak edib.Dekabrın 20-də keçirilən müsabiqənin qalibi qaqauz əsilli Ukrayna muğənnisi Nataliya Papazoğlu olub, 2-ci yeri Rusiya Federasiyasının Saxa Yakutiya Respublikasının, 3-cü yeri isə Bosniya və Hersoqovinanın nümayəndələri tutub. Azərbaycan 193 balla yarışmada beşinci olub.
“Türkvizyon 2020”nin qalibini 26 nəfərdən ibarət münsiflər heyətinin səsləri müəyyən edib. Müsabiqəni 20-dək telekanal canlı yayımlayıb. Azərbaycanda isə yarışmanı TMB TV və “Azad Azərbaycan” telekanallarıda izləmək mümkün olub.
Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır.