"Eurovision” da Rusiyanı təmsil etdiyim üçün peşmanam”
- 31.08.2020, 16:50,
- Şou / Mədəniyyət / Xəbər
Baxılıb: 23
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanı 2009-cu ildə “Eurovision” mahnı müsabiqəsində təmsil edən Anastasiya Prixodko “Kanal 4”ə müzakirələrə səbəb olacaq açıqlama verib."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, Rusiyanı yarışmada təmsil etdiyi üçün peşman olduğunu bildirib:
“Hələ haqqımda dedi-qodular yayılır ki, mən Rusiyadan olan “konserv bankası”yam. Rus olduğumu düşünürlər, bu, doğru deyil. Keçmişim Rusiya ilə bağlı olduğu üçün kədərliyəm. Krım məsələsindən sonra artıq Rusiya mənim üçün yoxdur”.
Anastasiya həmin dövrdə Rusiyaya məcbur köçdüyünü, bunun səbəbkarının ovaxtkı Ukrayna hökuməti olduğunu vurğulayıb. Sənətçi qeyd edib ki, o zamanlar yarışmanın milli seçim turlarına sabiq Prezident Viktor Yuşenko belə qarışa bilməzdi: “Çünki seçimlər ədalətsiz və rüşvət yolu ilə aparılırdı”.