Şəhidimizin hərbçi olmasını istədiyi oğlu dünyaya gəldi - Fotolar+Video

Şəhidimizin hərbçi olmasını istədiyi oğlu dünyaya gəldi - Fotolar+Video

Vətən müharibəsinin qəhrəmanlarından biri, Tovuzun Dondarquşçu kənd sakini şəhid Əmrah Əliyevin oğul övladı dünyaya gəlib.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, 23 yaşlı Əmrah Rüfət oğlu Əliyev Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. 2021-ci ilin ilk günündə - yanvarın 1-də onun ikinci övladı dünyaya göz açıb. Şəhidimizin ikinci övladı oğlandır. Əmrah 1 yaşlı Adəmdən sonra dünyaya gələn balaca igidin adının Rüfət qoyulmasını və hərbçi kimi yetişməsini vəsiyyət edib.
Şəhidimizin hərbçi olmasını istədiyi oğlu dünyaya gəldi - Fotolar+Video

Şəhidin həyat yoldaşı Leyla Əliyeva Rüfəti hərbçi kimi böyüdəcəyini, həyat yoldaşının vəsiyyətini yerinə yetirəcəyini deyir:

“Yoldaşım demişdi ki, uşaq doğulanda atamın adını qoyarsan. Mən yoldaşımla fəxr edirəm, qürur duyuram. Vətən sağ olsun!”

Balaca Rüfətin sağlamlığı da normaldır. Mütəmadi həkim müayinəsindən keçən körpənin doğulanda çəkisi 3 kiloqram 800 qram olub. Ana və övladın sağlamlığı qaydasındadır.
Şəhidimizin hərbçi olmasını istədiyi oğlu dünyaya gəldi - Fotolar+Video

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter