Avstriyada Bərdə və Gəncə terroru ilə bağlı görüş keçirildi
- 29.10.2020, 20:34,
- Sosial / Xəbər
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Avstriyanın Zaltsburq şəhərində fəaliyyət göstərən Azərbaycan evinin təşkilatçılığı ilə işğalçı Ermənistan ordusu tərəfindən Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törədilən terror aktları ilə bağlı bir sıra türk icma və təşkilatları ilə görüş keçirilib.Diasporla İş üzrə Dövlət Komitəsindən "Qanunyolu.info.az", "Qafqazinfo"-ya verilən xəbərə istinadən, görüşdə Beynəlxalq Demokratlar Birliyinin Zaltsburq şöbəsinin (UID - Union of International Democrats) rəhbəri Erdoğan Kandemir, Avstriya Linz İslam Federasiyasının (ALİF) Mattiqhofen şöbəsinin nümayəndəsi Mustafa Kocak, Alperen Ocaqları Branau üzrə nümayəndəsi Ahmet Türkoğlu, UID gənclik qolları rəhbəri Abdulbaki Kandemir, Turan camisi və Ülkücü ocaqlarının təmsilçiləri iştirak ediblər.
Tədbirdə son 100 ildə ermənilərin Azərbaycana qarşı yürütdükləri soyqırım siyasətindən, dinc insanlara qarşı törədilmiş Gəncə, Bərdə terrorlarından söhbət açılıb, qonaqlara erməni terorundan bəhs edən material və faktlar təqdim edilib.
Tədbir iştirakçıları Gəncə və Bərdədəki terror aktlarının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəkilləri önünə güllər, oyuncaqlar düzüb və şamlar yandırıblar.
Azərbaycan ordusunun işğalda olan bütün torpaqları tezliklə azad edəcəyinə, Ermənistanın xalqımıza qarşı apardığı təcavüzkar və terrorçu siyasətə son qoyulacağına əminlik ifadə olunub.
Tədbirin sonunda qonaqlara Azərbaycan tarixindən və ermənilərin terorundan bəhs edən kitablar hədiyyə olunub.
